• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2062
— 17.06.2019 12:08

Bazarda qətl - 4 nəfər güllələndi

KepezTV Player

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, iyunun 17-si saat 08:00 radələrində Böyük Kəsik kəndi ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilova odlu silahla öldürülüb. Daha 3 nəfər isə ağır bədən xəsarətləri alıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. İlkin araşdırmalarla ağır cinayətin Ağstafa rayonu Sadıxlı kənd sakini 25 yaşlı Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə “Kalaşnikov” markalı avtomat silahla törədildiyi müəyyən olunub. Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı təqdim edib. Ağır cinayəti törətməkdə şübhəli bilinən Elnur Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.