• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 15.06.2019 20:35

Subbakalavrlar müsabiqədən kənar ali məktəblərdə oxuyacaqlar

KepezTV Player

Respublikanın orta ixtisas təhsil müəsisələrini bitirib və diplomlarında subbakalavr yazılan, ali məktəblərdə təhsil almaq istiyənlərə yeni xəbərimiz var. Artıq yeni tədris ilindən onlar da Nazirlər kabinetinin qərarı ilə ilk dəfə olaraq müsabiqədən kənar ali məktəblərdə oxuya biləcəklər. İyunun 13-dən başlayaraq ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına başlanılıb. Qeydiyyat internet vasitəsilə 1,  2, 3 və 4-cü qrup üzrə iyulun 17-dək, 5-ci ixtisas üzrə isə iyunun 27-dək davam edəcək. Subbakalavrlar heç bir ödəniş etmədən Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq etdirməlidilər.Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. İxtisas seçimi zamanı eyni bir yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, müəyyən göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək.

Nəsimi Məmmədov DİM-in Gəncə Regional Bölməsinin müdiri: Hər il Respublika üzrə aparılacaq qəbul imtahanlarında nəticələr elan olunduqdan sonra müəyyən universtetlər var ki, keçid müsabiqə şərtləri aşağı ballarla boş yerlər olur. Həmin subbakalavrlar uyğun olacaq ixtisasda Təhsil Nazirliyi, DİM və Nazirlər Kabinetinin qərarına əsasən hansı subbakalavrların hansı ixtisalar üzrə ixtisas seçimində iştirak edəcək bununla bağlı subbakalavrlara məlumatlar veriləcəkdir.