• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 15.06.2019 19:13

Gəncədə ümum şəhər iməcliyi keçirilib

KepezTV Player

İməclik şəhərin hava limanına gedən yolun sağ və sol hissələrində olan yaşıllıq zolaqlarında təşkil edilib. Burada qurumuş otlar biçilib, ağacların diblərinə yığılan xəzəllər daşınması üçün bir yerə yığılıb. Bundan başqa ağacların dibləri də bellənərək suvarılıb. Ərazidə olan yaşıllıq zollağı da yenilənib, mövsümü güllər əkilib. Son 1 həftə ərzində havalimanına gedən yolun sağ və sol hissələrində  müxtəlif növ 20 minə yaxın gül-çiçək əkilib. Yaşıllıq zolağının 1100 kvm ərazisinə yeni çimlər basdırılıb. Bundan başqa 65 ədəd xüsusi dekarativ ağac da əkilib. Ümumşəhər iməcliyi Gəncənin Bakı istiqamətindən girişində də təşkil edilib. Aksiya sabah da davam etdiriləcək.

Elşad Əsgərov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəis müavini: Ümumiyyətlə şəhərdə bütün yaşıllıq zolaqları havaların isti keçdiyinə görə qrafik üzrə səhər və axşam davam etdirilir. Suvarma çiləmə üsulu ilə olmayan yerlərdə isə maşınlarla suvarılır. Hər gün aeroport istiqamətində 40-ə qədər su maşınları ilə su verilir. Bu işlər mütamadi olaraq davam etdirilir.