• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 15.06.2019 12:40

5 minə yaxın tələbə imtahan sessiyasında iştirak edir

KepezTV Player

Gəncə Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb. Bununla əlaqədar olaraq nəzarət komissiyası yaradılıb, nəzarətçi qrupların bölgüsü aparılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetdə lazımi şərait yaradılıb. Həmçinin imtahanlarda tələbələr üçün bir neçə güzəş tətbiq edilib. Belə ki, bu semestrdən etibarən imtahanların sualları tələbələrə test formasında, cavabları ilə birgə verilib. Azkreditli fənlər üçün “bunker” sualları ləğv olunub. İmtahanların şifahi forması ləğv edilib. Alt qrup tələbələri üçün yaz semestri imtahanlarında biliyin qiymətləndirilməsində tətbiq edilməsi mümkün olan əsaslı güzəştlər tətbiq edilib. İmtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyət nümayəndələrinin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah yaradılıb. İmtahanların gedişinə nəzarət etmək üçün komissiya üzvləri mütəmadi olaraq imtahan auditoriyalarına gedir, tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı problemin olub-olmaması ilə maraqlanırlar. Prosesdə valideynlər və ictimaiyyət nümayəndələri də iştirak edir. Əvvəlcədən həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsidir ki, indiyədək heç bir təlimat pozuntusu aşkar olunmayıb. Yaz semestrində 5000-ə yaxın tələbə iştirak edir. Tələbələr təhsilin hər iki səviyyəsi üzrə 95 ixtisas üzrə imtahan verirlər. Semestr ərzində tələbələrin 5-6 imtahan verməsi nəzərdə tutulur. İmtahan başa çatan gün onun nəticələri açıqlanır. Sessiya iyulun 5-dək davam edəcək.