• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 15.06.2019 12:30

26 ildir davam edən qurtuluş bayram edilib

KepezTV Player

Milli Qurtuluş Günü münasibətilə Samux ictimiayyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Yeni Azərbaycan Partiyasının rayon təşkilatının qərargahında keçirilən tədbirdə yenicə müstəqilliyini qazanan respublikanın dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan varlığını qoruduğuna diqqət çəkilib. Heydər Əliyevin siyasəti nəticəsində ölkə tənəzzüldən inkişafa, xaosdan tərəqqiyə doğru irəlilədi. Hansı ki, 1993-cü ildən təməli qoyulan bu siyasət bu gün də davam edir. Samuxlular bundan sonra da ölkə prezidentinin əhatəsində sıx birləşib inkişaf və tərəqqi yolu ilə addımlayacaqlarına əmin ediblər.

15 iyun Milli Qurtuluş Günü Naftalanda da qeyd olunub. Şəhərin sakinləri və qonaqlar üçün Heydər Əliyev meydanında bayram konserti təşkil olunub. Əvvəlcə bu günün əhəmiyyətinə toxunulub, ulu öndərin müasir Azərbaycan tarixində qoyduğu izlərə nəzər salınıb. Daha sonra Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı tərəfindən geniş konsert proqramı təşkil olunub. Milli ruhda ifa edilən mahnılar tədbir iştiakçılarında xoş ovqat yaradıb. Rəqs nömrələri alqışlarla qaşılanıb. Bayram konserti atəşfəşanlıqla sona çatıb.