• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1952
— 14.06.2019 19:53

Ər arvadını qətlə yetirdi

KepezTV Player

Zaqatala sakini isə arvadını qətlə yetirib. Hadisə Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində, kəndin girişindəki dayanacaqda baş verib. Suvagil kənd sakini, 37 yaşlı Billurə Qədirova əri tərəfindən bıçaqlanaraq öldürülüb. Şahidlərin verdikləri məlumata görə, kişi qadına çoxsaylı bıçaq zərbəsi vurub. Hadisə yerinə gələn təcili yardım briqadası onu xəstəxanaya aparsa da, Qədirova yolda keçinib. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, rayonun Suvagil kənd sakini Aqşin Qədirov rayon ərazisində tutularaq istintaqa təhvil verilib. Ailənin üç övladı var. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində törədilib.