Ötən həftə İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə gənclərdən ibarət yığmamız vətənə dönüb. Yarışda fəxri kürsüyə yüksələn pəhləvanlar arasında yer alan Gəncə güləş məktəbinin yetirməsi Turan Bayramov da doğma şəhərinə qayıdıb. Avropa çempionatının qızıl medalçısı şəhərin girişində Nizami məqbərəsinin önündə qarşılanıb. Turanı təbrik etmək üçün Gəncənin idman ictimaiyyətinin nümayəndələri ulu şeyxin məqbərəsinə gəliblər. Qarşılanma mərasimində Bayramovun ünvanına təbriklər səslənib, gələcəkdə onunla bağlı daha böyük gözləntilərin olduğu bir daha xatırlanıb. Turan Bayramov Priney yarımadasında 65 kq çəki dərəcəsində məğlubedilməz olub. O, qitə yarışında Gürcüstan, Fransa, Moldova və Rusiya təmsilçilərini üstələyərək fəxri kürsünün ilk pilləsinə yüksəlib.
Orxan Cəfərzadə
- Baxış: 684