• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2355
— 14.06.2019 12:23

Milli Qurtuluş gününə həsr olunan konfrans

KepezTV Player

1993-cü ilin böhranlı və ağır günlərində ölkə vətəndaşları yeganə çıxış yolunu müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük insan, siyasətçi Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Gəncə Dövlət Universitetində milli qurtuluş günü münasibətilə baş tutan tədbirdə diqqət bu günki firavan həyatımızın təməlinin məhz görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğuna çəkilib. “15 iyun-Azərbaycanın daxili dağıntılardan qurtulduğu bir gündür”, “Heydər Əliyev-Xalqın xilaskarı”, “Milli Qurtuluşun tarixi əhəmiyyəti”, “15 iyun-Milli Qurtuluş günü çağdaş tariximizdə yeni mərhələdir”, “Qurtuluş günü-Azərbaycanın müstəqilliyinin təminatçısıdır” mövzularında məruzələr dinlənilib. Heydər Əliyevin rəhbərliyi altında aparılan son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara son qoyulduğu, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaradıldığı vurğulanıb.