• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 13.06.2019 18:02

Gəncədə Milli qurtuluşun bayram sevinci yaşanıb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 15 İyun Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirilib. Tarixə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. 26 il əvvəl yenicə müstəqilliyini qazanan respublikanı dağılmaqdan, məhv olmaqdan xilas edən ulu öndən Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib.Bayram konsertində xalq artistləri Şahnaz Haşımova, Sevinc İbrahimova, əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri bir birindən zəngin repertuarlarla çıxış ediblər. Həmçinin konsertdə, Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında şair dramaturq Aydın Murad oğlunun “Alın yazısı” poemasından bir parça da tamaşaçılara təqdim olunub. “İgidlər” rəqsi isə tamaşaçılar tərəfindən  böyük coşqu ilə qarşılanıb. Konsert proqramı əməkdar artist Mehparə Cəfərova və Rövşən Məmmədovun ifasında səsələnən “Xalq Heydər söyləyəcək” əsəri ilə yekunlaşıb.