• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 13.06.2019 17:57

Göygöldə taxıl biçini aparılır

KepezTV Player

Artıq 5 gündür Göygöldəki zəmilərdə kombaynlar işləyir. Rayonun suvarılan  ərazilərində taxıl biçini aparılır.  Bu il Göygöldə 8 min hektardan artıq sahədə əkin aparılıb ki, bunun da 2391 hektarı arpa və xəsil, yerdə qalan 5654 hektarı isə buğdadır. Rayonda biçinin mütəşəkil təşkil olunması üçün Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi yanında yaradılan qərərgah üzvüləri bütün mümkün vasitələrdən istifadə edirlər.

Adil Kərimov Göygöl DAİM-in şöbə rəisi:Rayon ərazisində faktiki taxılbiçən kombayınların əvvəlcədən dislokasiyası müəyyən edilmişdir. Bu kombayınlar biçin aparılacaq sahələr arasında bölüşdürülmüşdü ki, taxıl biçinini vaxtında apara bilək. Həm aqrolizinq səhmdar cəmiyyətin həmdə fiziki və hüquqi şəxslərdə olan kombaynlar biçinə cəlb olunub.

Biçinə başlanılan müddət ərzində 713 hektarda biçin aparılıb və 1897 ton məhsul əldə edilib. Hər hektardan məhsuldarlıq orta hesabla 30 sentener təşkil edir.

Adil Nəzərov fermer:Bu il 20 hektar sahədə taxıl əkmişdim. Allaha şükür olsun ki, biçin başlanılıb və normal aparılır. Texnika cəhətdən heç bir çətinliyimiz yoxdur. Hal hazırda sahəmizdə 2 kombayın işləyir. İnşallah yüksək məhsul götürəcəyik.

Mütəxəssis bildirir ki, bu il havaların əlverişli keçməsi taxıl və digər dənli bitkilərin vaxtında biçilərək başa çatdırılmasını mümkün edəcək.