• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1108
— 13.06.2019 17:54

Heydər Əliyev Fondu tərəfindən bağça və məktəb təmir olunur

KepezTV Player

Şəhər 32 nömrəli körpələr evi uşaq bağçası üçün yeni bina köhnə tikilinin yerində inşa edilir. İki mərtəbəli olacaq binanın hazırda zirzəmi hissəsində beton işləri yekunlaşıb, birinci mərtəbənin beton işləri üçün hazırlıqlar görülür. Layihəyə görə 280 yerlik olacaq bağçada eləcə də valideyn himayəsindən məhrum olan uşaqlar üçün 80 yerlik yataqxana da yaradılacaq. Həmçinin bağçanın ayrıca qazanxana, su anbarı və tranfarmatoru olacaq. Uşaqlar üçün oyun meydançası və atraksionlar da quraşdırılacaq.

İxtiyar Hüseynov sahə rəisi: Bütün tikinti materialları ilə təmin olunmuşuq. Hazırda da beton işləri sürətlə gedir. Heç bir problemimiz yoxdu. Tikintimiz müasir formada olacaq. Hər bir şey standartlara uyğun ediləcək

Heydər Əliyev Fondu tərəfindən 640 yerlik 18 nömrəli tam orta məktəb də əsaslı təmir edilir. 3 korpusdan ibarət olan köhnə binada qapı və pəncərələri dəyişdirilib. Suvaq işləri ilə yanaşı istilik sistemi, elektrik və kanalzasiya xətləri çəkilir, binanın dam örtüyü də yenilənir. Həmçinin məktəbin arxasında əlavə olaraq 270 yerlik korpus da inşa edilir.

Əvəz Nuriyev mühəndis:Köhnə otaqlarda əlavə söküntülər olubdu. Yeniləri ilə əvəz olunacaqdı. Müasir texnalogiya ilə  tikiləcədi. Yaşıllaşdırma, abadlıq işləri eləcədə yeni hovuz nəzərdə tutulubdu.

İşlərin tez bir zamanda başa çatdırlması üçün 50-ə yaxın canlı qüvvə 10 ağır texnika cəlb edilib