• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 788
— 13.06.2019 14:26

Kişi gözündən bıçaqlanıb

KepezTV Player

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub. Qumlu kənd sakini 30 yaşlı Zamiq Allahverdiyev sağ gözünün kəsilmiş yarası ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Rayon Polis Şöbəsi "isti izlər"lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Samanlı kənd sakini, 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanılıb. O, törətdiyi əməli etiraf edərək, Allahverdiyevə  aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini deyib.Faktla bağlı araşdırmalar davam etdirilir.