• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 13.06.2019 12:28

İdman cəmiyyətə inteqrasiya üçün bir vasitə oldu

KepezTV Player

Gəncədə sağlamlıq imkanları məhdud olan uşaqların da qatıldığı “şən startlar” idman yarışı keçirilib. Məqsəd əyləncəli oyunlar təşkil etməklə uşaqları bir araya gətirmək olub. Bu kimi oyunlar uşaqları komanda şəklində birləşmək, bir birilərinə dəstək olmaq kimi vərdişlər aşılayır. Sağlamlıq imkanları məhdud olan uşaqların yarışa cəlb olunması isə həm də bu uşaqları yenidən cəmiyyətə qazandırır, onların özgüvənini artırır. Yarış iştirakçılarına diplomlar və simvolik hədiyyələr verilib. Valideyinlər üçün isə təbii ki, ən böyük hədiyyə yarış boyu övladlarının üzündəki təbəssüm olub.