• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2329
— 13.06.2019 12:38

Qazaxda müsabiqənin qalibləri və qonaqlar mükafatlandırılıb

KepezTV Player

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda olan rəssamların və Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin rəsmlərindən ibarət sərgi də təşkil olunub. Sərgidə Azərbaycan, Özbəksitan və Qazaxıstan rəssamlarının Qazaxda çəkdikləri 45, qalereyanın dərnək üzvlərinin 10 əsəri nümayiş olunub. İsmayıl Şıxlının yubileyi münaisbətilə İkinci Şıxlı kəndində bağ salındığı, ədəbi-bədii gecə keçirildiyi diqqətə çatdırılıb. Təşkil edilən müsabiqə də bu silsilədən olan tədbirdi. Qaliblərə Qazax rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar təqdim olunub, eləcə də Özbəkistan və Qazaxıstanlı rəssamlara xatirə hədiyyələri verilib.

Akif Əmirov Azərbaycan Rəssamlar İttifaqının üzvü: Bu simfoziyum yeddi gün davam etdi. Qazaxın müxtəlif gəzməli-görməli yerlərində oldular. Təbiətdə rəsmlər çəkdilər. İnanıram ki çox məhsuldar görüş oldu. Bu yeddi gün ərzində 55 rəsm əsəri ərsəyə gəldi.

Dilorom Mamedova Özbəkistan Rəssamlar İttifaqının üzvü: Mən burada Özbəkistanı təmsil edirəm. Artıq bir neçə gündür buradayıq. Qazax şəhəri bizim çox xoşumuza gəldi. İnsanları çox mehriban və qonaqpərvərdilər. Bizi çox mehriban qarşıladılar. Mən fəxr edirəm ki bu sərgidə mənim də əl işim nümayiş etdirildi. Mən öz rəsmlərimdə milli adət ənənəmizi göstərməyə çalışmışam.