• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 12.06.2019 15:36

Qadın narkotacir saxlanılıb

KepezTV Player

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb.Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Faktlabağlı toplanan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, isintaq tədbirləri davam etdirilir.