• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2008
— 12.06.2019 18:36

7-cilər biliklərini sınadılar

KepezTV Player

Bir gəncin bilik və bacarığı, düşüncə tərzi, əlavə dil bilgisi onun kimliyini şərtləndirən parametrlərdəndir. Aydın məsələdir ki, dil imkanı geniş olan insanlar bir çox sahədə üstünlük əldə edirlər. Xüsusən də, bu gün dünyada aparıcı dil sayılan ingilis dili bilənlər...

Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən “Mədəni irsimizi qoruyaq” layihəsi çərçivəsində məktəblər arasında breyrin rinq keçirilib. İntellektual oyunda 5 məktəb üzrə 7-ci siniflər ümumilikdə, 35 şagird ingilis dili fənni üzrə biliklərini sınayıblar. Yarışmadan əvvəl hər məktəb üzrə xarici dili ən yaxşı oxuyanlar arasında 2 mərhələli seçim aparılıb. Test və müsahibə üsulu ilə aparılan seçim mərhələsində yaxşı nəticə göstərən 7-cilər breyrinqdə iştirak hüquq əldə ediblər. Layihənin keçirilməsində əsas məqsədə gəldikdə,

Mehriban Hüseynova – Gəncə Şəhər Təhsil İdarəsinin xarici dil üzrə metodisti: -"Şagirdlər arasında əməkdaşlığı artırmaq, əlavə dil bilməyin üstünlüklərini onlara aşılamaqdır”.

İntellektual oyunda 37 saylı məktəbin şagirdləri sonuncu yerlə kifayətlənməli olublar. 3-cü yeri şəhərin 24 və 27 saylı məktəbləri bölüşüblər, 2-ci yeri isə 22 saylı məktəbin şagirdləri qazanıblar. Breyrin rinqdə Mehdi Mehdizadə adına 4 saylı orta məktəbin şagirdləri qalib gəliblər.

Zəhrabəyim Abdullayeva - qalib komandanın iştirakçısı:- “Gəncə şəhəri üzrə 4 nömrəli məktəbdə ingilis dili dərsləri daha dərin və həftədə 5dəfə keçirilir. Mənim fikrimcə, elə bu amil bizim yarışmada birinci olmağımıza böyük təsir etdi”.

Fərhad Məmmədov - saylı orta məktəbin ingilis dili müəllimi: “Bildiyiniz kimi, ingilis dili hazırda dünyada önəmli rola malikdir. Bu dilə bir çox ölkələrdə böyük təlabat var. Biz müəllim olaraq, məktəbdə ingilis dilinin tədris səviyyəsini artırmağa, yüksəltməyə çalışırıq. İstəyirik ki, bu dil bacarığına görə məktəbimiz öndə olan təhsil müəssilərindən biri olsun”.

Sonda qaliblər Təhsil İdarəsi tərəfindən sertifikatlar və mükafatlarla təltif olunublar.