• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 12.06.2019 18:02

Elmi işçilərin Azərbaycançılıq məfkürəsini təbliğindən danışılıb

KepezTV Player

Gəncədə Heydər Əliyev mərkəzlərinin elmçi işçilərinin 1-ci ümumrespublika seminarı keçirilib. “Heydər Əliyev Mərkəzləri – Azərbaycançılıq məfkürəsinin məbədi kimi” mövzüsundə reallaşan tədbir 15 iyun milli qurtuluş gününə həsr edilib. Mədəniyyət Nazirliyinin Gəncədə reallaşdırdığı “Mədəniyyət həftəsi” çərçivəsində baş turan seminarda “Heydər Əliyev – Azərbaycan elminin və mədəniyyətinin inkişafındakı rolu” mövzusunda çıxışlar olub. Heydər Əliyevin böyük şəxsiyyət olduğu, azərbaycan xalqının taletində və tarixindəki misilsiz xidmətləri xatırlanıb. Ulu öndərin azərbaycançılıq məfkürəsindən bəhs edilərək ədəbiyyatın və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açılıb. Heydər Əliyevin mükəmməl və müdrik siyasətinin nəticəsi olaraq ölkəmizin qazandığı uğur və müvəffəqiyyətlər, dövlətçiliyimiz yolunda misilsiz xidmətlər, elm, ədəbiyyat, incəsənətin inkişafı vurğulanıb. 60-a yaxın şəhər və rayondan Heydər Əliyev Mərkəzlərinin nümayəndələrinin təmsil olunduğu seminarda sadalananların tədqiq edildiyi və aşılandığına diqqət çəkilib. Tədbirin sonunda Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təltif olunub.