• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 12.06.2019 18:28

Niyazi Bayramov Meksikanın Azərbaycandakı səfirini qəbul edib

KepezTV Player

Gəncənin tarixi, mədəniyyət, idman, sənaye və iqtisadiyyat potensialından Nizami yurdunda səfərdə olan Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini məlumatlandırılıb. Şəhərdə ali təhsil ocaqlarının, bir sıra iri sənaye müəssisələrinin olduğunu səfirin diqqətinə çatdırıb. İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonağa Gəncə Avtomobil Zavodunda istehsal edilən Elektrobusların da yaxın zamanlarda istifadəyə veriləcəyini qeyd edib. Gəncədə  ikincə dəfə olan səfir ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb, Meksikanın Toluka-de-Lerdo  və Gəncə şəhərləri arasında qardaşlaşmış şəhər statusu əldə etmək istədiyini söyləyib. Buna səbəb isə Gəncə ilə Toluka-de –Lerdo şəhərlərinin bir-birinə bənzəməsidir, belə ki, hər iki şəhər yüksək sənaye potensialına malikdir. Görüşdə həmçinin, turzim və mədəniyyət sahələrinin inkişafına dair müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Rodrigo Labardini -Meksikanın Azərbaycandakı səfiri: Gəncəyə səfər etmək, şəhər sakinləri ilə yaxın təmasda olmaq mənim üçün çox xoş idi. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, bura günü-gündən inkişaf edir. İcra başçısı ilə görüşdə biz şəhərin sənaye, turizm potensialı barədə danışıqlar apardıq. Meksika və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin son 4 ildə inkişaf istiqamətləri barədə fikir mübadiləsi etdik”.)</span>)&nbsp;&nbsp;