• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 12.06.2019 18:08

YAP təşkilat gəncləri hesabat verdi

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Ilk olaraq YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin konfranslararası müddətdə fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra çıxış edən partiya üzvləri YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin hesabat dövrü ərzində görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat veriblər. Gənclərin partiyadakı rolundan, onların fəallığından danışılıb. Hazırda təşkilatın Gənclər Birliyi 23 min 866 nəfər gənci öz sıralarında birləşdirir. Gənclər birliyinin üzvlərinin 18 min 421 nəfəri, yəni 77,1 %-nı qadınlar təşkil edir. Təşkilatın 15 min 744 nəfəri, yəni 65,9% -i ali təhsilli gənclərdir. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin 49 nəfərdən ibarət Şura və 19 nəfərdən ibarət İdarə Heyətinin tərkibi müəyyənləşib.