• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3213
— 13.06.2019 12:17

Gəncədə abadlıq quruculuq işləri aparılır

KepezTV Player

Gəncədə abadlıq quruculuq işləri çərçivəsində şəhərin yolarına yeni asfalt örtüyü çəkilir, binaların damları və fasad hissələri görkəmini dəyişir, şəhər ərazisində mövcud olan körpülər də təmir olunur. Dövlət büdcəsindən ayrılan vəsait hesabına şəhərin gecələri də işıqlı olur.

Gəncədə su-kanalizasiya işləri yekunlaşdırılan Rüzigar Qasımov, Fətərli xan Xoyski, Üzeyir Hacıbəyov, Mayor Davidoviç, İsrafil Məmmədov küçələrində asfaltsalma işlərinə hazılrıq görülür. Bu küçələrdə gecə işıqlandırılma sistemi də yenilənir. Şəhərin küçə və prospektlərində yağış sularının ötürülməsi üçün kollektorun inşası da aparılacaq. Gəncədə abadlıq quruculuq işləri çərçivəsində Gəncəçay üzrəindəki körpülərin əsaslı təmirinə də başlanılıb.

Mikayıl Zeynalov – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini: “Bir müddət əvvəl dövlət başçsınını sərəncamı ilə Gəncə şəhərində 5 avtomobil körpüsünün yenidən qurulması və bərpası məqsədilə vəsait ayrılıb. Hal-hazırda bu işlrəbə başlanılıb və 5 körpünün hər birində təmir işlərinə başlanılıb.

Şəhərin estetik görünüşü də diqqətdə saxlanılır. Bu günə kimi şəhər ərazisində 100-dən artıq yaşayış binasında 400-dən çox yarasız vəziyyətə düşən binanın eyvanları əsaslı şəkildə təmir olunub.

Anar Əliyev – iş icarçısı - “Təmir tikinti işləri çərçivəsində Gəncə şəhərinin Heydər Əliyev və Şah İsmayıl Xətait prospektlərində, Səbuhi Xasıyev küçələrində mövcud olan binalarda işlərimiz yekunlşaıdırılıb, təmir işləri zamanı binaların fasad hissələri qaşınıb, yenidən üzlük çəkilib və rəngələnib. Hazırda N.Nərimoanov prosoektində işlərimiz davam edir.

Ölkə prezidentinin sərəncamına uyğun olaraq şəhərin müxtəlif ərazilərində mövcud olan yükəsk mərtəbəli binalarda 75 ədəd yeni liftin yaxın zamanalarda quraşdşrılması da həyata keçiriəcək.