• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 3236
— 12.06.2019 10:01

İctimai yollar üçün formullu bolid

Monakoda keçirilən Top Marques sərgisində avstraliyalı Zak Mixayloviç son 5 ildə üzərində işlədiyi layihəsini nümayiş etdirib. Zacaria SC superkarı ictimai yollarda şütüməsinə icazə verilən formullu boliddir. Maşın həqiqətən də Formula 1 bolidlərinə oxşayır. Amma onun təkərləri örtülüdür. Superkarın konstruksiyası alüminium çərçivədən ibarətdir. 850 kiloqramlıq avtomobil Ferraridən 6,3 litrlik 700 at güclü V12 mühərriki mənimsəyib. 8 pilləli yarış ardıcıl sürət qutusunun lingi istəyə görə ya sükanın altına ya da ənənəvi formada quraşdırıla bilər. Zacaria SC-dən hələlik bir ədəd hazırlanıb. Ehtimal qiymət 900 min avrodur.