• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 11.06.2019 16:54

Peşəkar döyüşçü Gəncədə

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kiqboksinq üzrə peşəkar döyüşçü, K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədovla görüşüb. Görüşdə Azərbaycanda idmanın inkişafı üçün atılan addımlardan söz açılıb, bu istiqamətdə görülə biləcək işlər müzakirə olunub. Gəncənin 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu daşıdığı, il ərzində şəhər müxtəlif yerli və beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcəyi vurğulanıb. Gəncədə inşa edilən böyük idman sarayı və ərtafında salınacaq idman şəhərciyi də bu sahənin inkişafına böyük təkan olacaq.Peşəkar döyüşçü Gəncədə idmanın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlardan danışıb.