• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1157
— 11.06.2019 16:51

Logistik mərkəzlər qurulacaq

KepezTV Player

Gəncə şəhərində və Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır. Bu barədə Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov məlumat verib. "Hər bölgədə logistika mərkəzləri qurulacaq. Artıq Ələtdə belə mərkəz - azad ticarət zonası qurulub", - deyə o qeyd edib. Bundan başqa, Rüfət Bayramovun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq sinxronlaşdırılıb və intensiv fəaliyyət göstərir.