• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 11.06.2019 16:47

Gəncə-Qazax-Gürcüstan yolu genişləndirilərək 4 hərəkət zolaqlı edilir

KepezTV Player

Artıq Gəncədən gürcüstanla sərhəddə qədərki yolla da gediş-gəliş rahat və təhlükəsiz olacaq. Mövcud 2 hərəkət zolaqlı olan yol genişləndirilərək 4 hərəkət zolaqlı edilir.

Böyük İpək yolunun tərkib hissəsi olan və 503 km məsafəni əhatə edən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsi genişləndirilir. 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə çatdırılan yol avtomobillər üçün sürətin artırılmasına imkan verəcək. Çünki yolun tikintisi iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib və bu da həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından olduqca önəmlidir.

Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü inşa olunacaq. Yol boyu 69 yeraltı keçid, 39 su keçidi, 523 suötürücü boru və 86 avtobus dayanacağı tikiləcək.

Fərid Gülmalıyev sahə rəisi: Layihə ərzində 16 körpünün tikinyisi nəzərdə tutulub ki, bunun 5-i çay üzərində dediyimiz hidrolik körpülərdi.  Yerdə qalan 11 körpü isə kənd və qəsəbələrdə dolama və qovşaq körpülərdi. Körpülərdə artıq dəmir beton işləri başlayıb.  3 körpüdə dəmir beton işləri demək olar ki, yekunlaşmaq üzrədir. Suötrücü borularda bilisiz ki layihədə icra olunur və demək olar ki, bütün layihə ərzində nəzərdə tutulan suötrücü boruların 20 faizi inşa edilib.     

Mövcud yolun genişləndirilməsi sürücülərin sevindirməyə bilməz.

sürücü: Çox sağ olsunlar. Yolun belə genişləndirilməsi ürəyimizcədi. Rahat hərəkət edərik, təhlükəsiz, bir sözlə əladı.

sürücü: Allah canlarını sağ eləsin çox gözəl iş gedir. Inşallah başa çaktandan sonra rahat gedib gələ biləcəyik.

Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

Elton Cabbarlı