• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 10.06.2019 19:48

İnternetdə tanışlığa cəmiyyətin münasibəti

KepezTV Player

Günümüzdə internedən istifadə etməyən demək olar ki, yoxdur. Bir çoxları isə internetdən yalnız tanışlıq məqsədi ilə istifadə edir. Elə biz də indi məhz bu nüansa – yeni tanışlıqlar məsələsinə toxunacağıq. Baxaq.

Görəsən sosial şəbələrdə qurulan münasibətlər, ailələr nə qədər uğurlu olur? Bu barədə mütəxəssislər nə deyir? Bunu öyrənəcəyik. Amma əvvələcə görək virtual məhəbbət macərasına cəmiyyətin münasibəti necədir? Əslində saf, həqiqi məhəbbət varsa, iki insanın bir-birinə münasibəti səmimidirsə qurulan ailə də möhkəm olar. Və onların tanışlığının harda, necə baş verməsi də əhəmiyyətli deyil. Amma sakinlər bu barədə tamam fərqli düşünür.

Dəqiq araşdıma aparılmadığından boşanmaların tərkibində internetlə tanışlıqların nəticəsinin nə dərəcədə aks olunduğunu bilmək mümkün deyil. Vacib olanı aparılan araşdırmaların nəticəsində möhkəm təməllər üzərində ailə qurmaqdır.