• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 10.06.2019 20:06

Gəncəli yazarın yaradıcılıq gecəsi keçirilib

KepezTV Player

Gəncədə şairə, dramaturq Xəzangül Hüseynovanın “Bir səssiz gileyəm” adlı yaradıcılıq gecəsi keçirilib. Mərkəzi Kitabxanada bir araya gələn yazarlar, əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynovanın həyat və yaradıcılığından, poetik dünyasından və onun Gəncə ədəbi mühitinə olan diqqəti, fədakarlığından danışıblar. Şairənin yaradıcılığında vətən, torpaq, xalq eləcə də saf məhəbbət mövzuları əsas yer tutur. On iki kitabı nəşr olunan şairənin şerləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Onun kitabları Rus, Gürcü və Türk dillərinə də tərcümə edilib. Tədbirdə şairənin sözlərinə bəstələnən mahnılar ifa olunub, şerlər səsləndirilib. Xəzangül Hüseynova haqqında çəkilən sənədli filmin nümayişindən sonra Gəncə Dövlət Dram Teatrının aktyorları şairənin “Məhəbbətin qənimi” və “Xərabət gözəli” əsəri əsasında hazırlanan tamaşalarından bir parça nümayiş etdiriblər.

Xəzangül Hüseynova - Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri: Elə bil oxuculara, bura gələn qonaqlara hesabat verirsən. Fikirləşirsən ki, mənim yaradıcılığım onlaraı qane edəcəkmi və yaxudda hardasa narazı qalacaqlar.Əsas fikrim, narahatçılığç bundadır.

Aləmzər Əlizadə - şairə: Mən Xəzangülü çoxdan tanıyıram. Tanıdığım bir gündən onun gözəl bir şair, gözəl bir qadın, gözəl bir ana olduğunu bilmişəm. Xəzangül çox gözəl insandı, şəxsiyyətdi.Xəzangülə ümid eləmək olar, inanmaq olar. O insanın güvənini, inamını sarsıtmaz. Onun yaradıcılığından da bunu görmək olar.

 

Elnur Vahidoğlu