Sosial şəbəkələrdə və internet mediada insanların təccübünə səbəb olan Qaloş Piri ilə bağlı araşdırmamaız var. Goranboyda olan əməmkdaşımız Xaliq Qurbanlı Qurbanzadə kəndində Seyid Mir İbiş Ağanın evində lentə alınan o izdihamın reallığı nə dərəcə əks etdirdiyi ilə maraqlanıb. İzləyək.
Cavid Yusifov – kənd sakini “Camahat 1 manat, 2 manat eləsi var ki, qənd, çay, un gətirir belə nəzirlərlə gətirilər. Burada da seyidin nəvələri həmin insanlara əllərini çəkirlər ki, şəfa tapsınlar işləri yaxşı getsin. Məndə qonşu kəntdən gəlirəm, bu işləri müşahidə edirəm.
Seyid Mir İbiş Ağanın yaşadığı evə gəlib burdan niyyətlərinin gercəkləşəcəyinə inanıb gedənlərin sayı az deyil. Seyidin şəxsi əşyalarına toxunmaqla istəklərinə çatmaq istəyənlər üçün hətta hər il iyunun 8-də ehsan da verilir. “Qaloş Pir”i adıyla ictimailəşən bu məkan insanların marağına səbəb olduğu qədər də qınağına yol açıb. Seyid Mir İbiş Ağanın nəvəsi İsmayıl Məmmədov burada insanların başına qaloş deyil seyidin papağının çəkildiyini bildirir. Və yalnışlığa yol verib məsələni ictimailəşdirənlərlə bağlı hüquq mühafizə orqnlarına müracit olunduğunu da vurğulayıb.
İsmayıl Məmmədov - Seyid Mir İbiş Ağanın nəvəsi: “ 80 il Seyid Mir İbiş Ağa o papağı qoyub başına. Sadəcə biz onu selofan torbaya saldıq ki, hər dəfə ona əl dəyəndə papaq cırılıb gedir. Ona görə də bizə babamızdan nişanə qalan papağı mühafizə məqsədilə elə elədik. Bura gələn adam da deyir ki, seyid o nəzir qəndi sən ver mənən, belə dərk edirlər ki, allah səvəbə salar. Biz camahatın içində bu işləri həyata keçirmişik”
Qurbanzadə kənd bələdiyyəsinin sədri Sevda Vəliyeva da Ağanın evində baş verənləri normal qarşılayıb. Hər il bura ziyarət məqsədilə yüzlərlə insanın gəldiyini və bu günə qədər bu ünvanda qeyri adi, eləcə də mənəvi dəyərlərə zidd heç bir hadisənin qeydə alınmadığını bildirib.
Sevda Vəliyeva - Qurbanzadə kənd bələdiyyəsinin sədri: “Sosial media bu məsələni böyüdüb problemə çeviriblər. Ancaq burada heç bir narahatçılıqdan söhbət gedə bilməz. Hamının inanc yeridir, uzun illər sınanan bir seyitdir. Camahat ona görə, bura inanıb gəlir və bu ocaqdan da öz diləyini diləyir. Bizdə bura gəlirik, hər il ağanın ölüm il dönümünü qeyd edirik və burada bişirilən ehsandan dadırıq.
“Qaloş Piri” adlandırılan məsələyə Qafqaz Müsəlmanları İdarəsindən də reaksiya gəlib. Belə inancların dinə qəti şəkildə uyğun gəlmədiyi, bunların hamısının xurafat və mövhumat, sağlam məntiqə sığmayan əməl olduğu açıqlaması verilib.
Xaliq Qurbanlı
- Baxış: 972