• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 10.06.2019 20:07

İbtidai sinif müəllimləri təlimatlandırılır

KepezTV Player

Gəncədə Təhsil Nazirliyi tərəfindən ibtidai sinif müəllimləri üçün təlim keçirilir. “İnkuliziv siniflərdə dərsin təşkili” adlı təlimdə şəhərin 90 pedaqoqu iştirak edir. Müəllimlərin ixtisas artırma proqramı çərçivəsində təşkil olunan təlim ilkin mərhlədə ibtidai sinif müəllimləri üçün keçirilsə də sonrakı mərhələlərdə yuxarı siniflərdə dərs deyən pedaqoqlar üçün də olacaq. Məqsəd isə inkuliziv siniflərdə dərs demək metodlarını müəllimlərə öyrədib aşılamaqdır. 36 saatlıq proqram çərçivəsində reallaşan təlim 1 həftə davam edəcək. Sonda iştirakçılardan Təhsil İşçiləri Pedoqoji İnkişafı İnstitutunun əməkdaşları tərəfindən imtahan götürülərək sertifkatlar veriləcək.

Samirə Cəfərova - təlimçi: İnkuliziv təhsil yəni bu ən çox insan hüquqlarına əsaslanır. Bütün uşaqların yəni fərq qoyulmadan onların cinsi, irqi, durumu, sağlamlıq imkanlarına fərq qoyulmadan bütün uşaqlar üçün keyfiyyətli təhsil deməkdir.

Raziyyə Səmədova - iştirakçı: İnkuliziv təhsil haqqında danışanda deyirdik ki, görəsən biz onu bacara biləcəyikmi, onu yerinə yetirə bilərikmi, bu uşaqlarla məşğul ola bilcəyikmi. Artıq bizim təlimçilərimiz bizə bunun haqqında geniş ətraflı məlumat veribdi.Biz o uşaqlarla işləmək qaydasını bilirik. Sinifdə dərs qurluşunu qurmağı bacarırıq. Planlaşdırmalarımızda onları nəzərə alırıq.

 

 

Elnur Vahidoğlu