• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 10.06.2019 20:14

Şəhər rəhbəri sakinlərlə görüşdü

KepezTV Player

Su-kanalizasiya xətlərinin yenilənməsi, telefon xəttininin çəkilməsi, yolların asfaltlanması, işlə təmin olunma, uşaq meydançalarının salınması, mavi yanacağın verilməsi kimi məsələlər Gəncənin üçüncü mikrarayonunda sakinlər tərəfindən şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovunn nəzərinə çatdırılıb. Bundan başqa əraziyə işıqlandırma dirəklərinin basdırılması, məişət tullantılarının yığılması üçün qabların qoyulması da səsləndirilən müraciətlər arasında olub. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunub. Digər məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.