• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 10.06.2019 18:34

Yeni yaşayış masivvlərinin qazlaşdırılması sürətləndirilib

KepezTV Player

Tovuzda əhalinin mavi yanacağa olan tələbatının yaxşılaşdırılması istiqamətində işlər davam edir. Azəriqaz rayonda yeni salınan yaşayış massivlərinin qazlaşdırılmasını sürətləndirib.

Tovuzda qaz təchizatının yaxşılaşdırılması və itkinin qarşısını almaq məqsədilə yeni xəttlər çəkilir, korroziyaya uğrayan borular əvəzlənir. Rayon ərazisində 10 kilometrə yaxın qaz xəttinin yenilənməsi, 46 ədəd qaz tənzimləyicisinin quraşdırılması nəzərdə tutulub. Artıq 3 kilometrə yaxın boru yenilənib, tənzimləyicilərdən 26-sı quraşdırılıb. İşlərin icrası Tovuzun Yuxarı Öysüzlü kəndində yeni yaşayış massivində davam etdirilir.

Məqsəd Qasımov - xidmət rəisi: 13 min 200 metr qaz xətti çəkilməlidir. İşlərin hardasa 80 faizı görülüb. Yaxın günlərdə işlər tam başa çatdırılacaq və əhali normal qazla təchiz olunacaq.

Yeni yaşayış massivində ümumilikdə 102 ev var. “Azəriqaz” İstehsalat Birliyi tərəfəindən sözügedən əraziyə qaz xəttinin çəkilməsi ilə yanaşı  evlərdə sayğac və fərdi tənzimləyici də quraşdırılır. Yaşayış məntəqəsinə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək.

Rüstəm Yusibov – sakin: Odundan dizeldən istifadə edirdik. Buda bizim maddi durumumuza çətinlik yaradırdı. Bir ildə bir maşına qədər odun alırdıq. Bir maşın odunuda 400-500 manata  alırdıq. Buda bizim büdcəmizə təsir edirdi. Amma hal-hazırda sağolsun  dövlətimiz həmin massivə müasir formada qaz xətti çəkir.

Fəxrəddin Aslanov – sakin: Qazın olmamsı yaşayış tərzimizdə çətinlik yaradırdı. Yəni başqa yanacaq növlərindən istifadə edirdik. İndi çox şükür ki mən yaşadığım bu ərazi qazla təmin olunub. Sevinirik ki bu gün ailələrimiz yüksək səviyyədə yaşayırlar.

Tovuzda 54 yaşayış məntəqəsi qazla təmin edilib. Rayon üzrə qazlaşma 93% təşkil edir.

 

Natiq Hüseyn