• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 10.06.2019 15:50

Keçmiş həyat yoldaşının boğazını kəsdi

KepezTV Player

Bakıda qanlı olay yaşanıb. Hadisə Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Belə ki, xəstəxanada tibb bacısı işləyən 41 yaşlı Xavər İbrahimova iş yoldaşlarına keçmiş həyat yoldaşının gəldiyini bildirərək xəstəxananın həyətinə düşüb. Bir müddət sonra qadının geri dönmədiyini görən həmkarları onun arxasınca gediblər. Bu zaman qadını boğazı kəsilmiş, ürəyindən bıçaqlanmış vəziyyətdə görüblər. Məlum olub ki, İbrahimova həyətdə mübahisə edən zaman keçmiş həyat yoldaşı, 39 yaşlı Faiq İbrahimov tərəfindən bıçaqlanıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadın dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs olunub. Cütlük 2 ay əvvəl boşanıb.