• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 10.06.2019 15:39

İki yaşlı uşağı ilan sancıb

KepezTV Player

Qax rayonunun Üzümlü kəndində yaşayan Camalovlar ailəsinin 2 yaşlı övladı Rəhim Camalovu ilan sancıb.Hadisə azyaşlı evin həyətində oynayarkən baş verib. Uşaq dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Müayinə zamanı məlum olub ki, sürünən Rəhim Camalovun sağ əlindən dişləyib. Ancaq dişini batırsa da,zəhərini tökə bilməyib. Azyaşlıya lazımi tibbi yardım göstərilib. Vəziyyəti stabilləşən 2 yaşlı Rəhim evə buraxılıb.Sakinlərin sözlərinə görə, son zamanlar ərazidə ilanlar aktivləşib.