• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 10.06.2019 16:04

Turan Bayramov Avropa çempionu oldu

KepezTV Player

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında keçirilən Avropa çempionatına yekun vurulub. Millimizin 22 güləşçi ilə təmsil olunduğu yarışda medal qazananlar arasında Gəncə güləş məktəbinin yetirməsi də olub.

Sərbəst üsulla güləşən Turan Bayramov qitə birinciliyində özünü ən yaxşı tərəfdən göstərərək ölkəmizi layiqincə təmsil edib. Bayramov yarışın qızıl medalını qazanıb. 65 kq çəki dərəcəsində mübarizəyə 1/8 finaldan başlayan Turan ilk görüşdə Gürcüstan idmançısına qalib gəlib.

Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. O, bu mərhələdə Moldova güləşçisinin də öhdəsindən gələrək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı ilə  təmsilçisiylə üz-üzə gələn pəhləvan sonuncu xal prinsipinə əsasən rəqibi üzərində qələbəyə sevinərək Avropa çempionu adını qazanıb. Bu, onun gənclər arasında ikinci qitə yarışı və ilk medalı olub.    

Xatırladaq ki, Bayramov mart ayında Serbiyada 23 yaşadək güləşçilərin Avropa çempionatında ölkəmizi təmsil etsə də, çıxışı uğursuz alınıb. Amma Turan İspaniyada qızıl medal qazanmaqla Serbiyadakı fiaskonu sığortalayıb.

 

Azad Rəfi