• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 08.06.2019 20:30

Özəl günlərin hədiyyəsini əl işləri ilə yaddaqalan edin..

KepezTV Player

Xüsusi günləri daha da yaddaqalan etmənin yolu həm də yaxşı hədiyyə seçimidir. Çünki qeyri-adi görünüşlü, zövq oxşayan hədiyyə istər-istəməz sahibinə özünü dəyərli hiss etdirir. Təsadüfi deyil ki, əl əməyi, göz nuru olan əl işləri bu gün də öz aktuallığını qoruyur. Süjetimizin qəhrəmanı elə Günay Babayeva da rəngli kağızdan hazırladığı fərqli hədiyyələr ilə kifayət qədər rəğbət qazanan bacarıqlı insanlardandır. Sevindirici haldır ki, onun zəhmətlə ərsəyə gətirdiyi əl işlərindən bugünədək narazı qalan olmayıb. Elə isə, gəlin haqqında bəhs etdiyim istedadlı gənc xanımı birlikdə tanıyaq.