3 illik Premyer Liqa səyahətindən sonra yenidən diviziona yuvarlanan Gəncə klubu çempionatda qeyri-stabil çıxışı ilə diqqət çəkərək 14 komanda arasında 11-ci yeri tutub. 26 oyuna 22 xal toplayan komanda 5 görüşdə qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 14 qarşılaşmada məğlubiyyətə üzülüb.
Gənc məşqçi “sarı-göylər”in uğursuzluğunu şərtləndirən səbəblər haqda da danışıb.
“Kəpəz”i futbolumuzun elitasında görmək istəyən azarkeşlər AFFA-nın güzəştinə bel bağlayıb mövsümün sonunda klubun Premyer Liqaya yüksələcəyini düşünürdülər. Amma qurumun İcraiyyə Komitəsi komandaların sayını və tərkibini dəyişməz saxlayıb.
Ümid qalır 2020/2021-ci illər mövsümünə. Belə ki, AFFA-nın yeni strategiyasına uyğun olaraq, bir ildən sonra lisenziya şərtlərinə əməl olunacağı təqdirdə Premyer Liqada komandaların sayının artırılmasını nəzərdə tutulur.
- Baxış: 609