• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 08.06.2019 12:37

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

KepezTV Player

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədi ilə, Bakıdan və Gəncədən iyunun 18-dən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdiriləcək. Qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq. Gəncədən isə qatar saat 18:00-da yola düşəcək, Bakıya saat 22:15-də çatacaq. Sürət qatarına bilətlər sinifindən asılı olaraq 10, 25 və 100 manat təşkil edir.