İməclikdə Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin işçiləri, eləcə də park xidmətçiləri iştirak edib. İstirahət guşələrində olan qurumuş xəzəllər süpürülərək digər ərazilərə daşınıb. Bundan başqa mart- aparel aylarında parklara əkilən yeni ağac tinglərinə aqrotexniki qulluq göstərilib. Bitkilərin dibləri bellənib, suvarılıb, qurumuş budaqları kəsilib. Parklarda olan fantanlar işçilər tərəfindən təmizlənib və suyu yenilənib. Ümumşəhər iməcliyi sabah da olacaq.
Məzahir Həsənov aqronom : Xanbağı Qafqazda ən qədim parklardan biridir. 200 ilə yaxın parkın yaşı var. Burada kol bitkiləri ilə yanaşı qədimi çinar ağaclarıda var. Parkın ərazisi 6 hektardır. Adi günlərdə də iş prosesi gedir. Zibillərin yığılması, süpürülmə, suvarılma olur. Maşınlarla zibillər yığılır lazım olan yerlərə tökülür. O cümlədən başqa parklar, Füzuli, Fikrət Əmirov, Heydər Əliyev parklarında da gündəlik proseslər davam edir.
- Baxış: 751