Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun yenilənməsi otuz iki min nəfər əhalinin gediş gəlişini asanlaşdıracaq. Uzunluğu 40 km olan yolun yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 21,3 milyon vəsait ayrılıb. Hazırda mövcud asfalt örtüyünün qazılması və daşınması, eləcə də yol yatağında torpaqlama işləri aparılır.
Hikmət Məmmədov sakin: Yollarımız çox bərbad gündə idi gedib-gəlmək mümkün olmurdu. İndi sağolsunlar yollarımızı yaxşı düzəldirlər, bundan sonra hərəkətimiz normal olacaqdır.
Arzu Qurbanov sürücü: Əvvələr yollrımız çox bərbad vəiyyətdə idi. Rayon mərkəzinə gəlib getməkdən maşınımız sıradan çıxırdı, qazancımız ancaq avtomobilimizin təmirinə gedirdi. İndi şükür yollrımız düzəlir, ümid edirəm ki, tez bir zamanda istifadəyə veriləcəkdir.
4-cü texniki dərəcəli yolun ümumi eni 6 metr, yol çiyinləri isə hər tərəfdən 2 metr olacaq. Yol üzərində istismar müddətini başa vuran hidrotexniki qurğular yenilənəcək. İnşası davam etdirilən yol aqrar rayon olan Goranboyun kəndlərində yetişdirilən kənd təsərrüfatı məhsullarının rayon mərkəzinə, elcə də ətraf bölgələrə vaxtında daşınmasını da asanlaşdıracaq.
- Baxış: 644