• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2318
— 08.06.2019 12:30

Gəncə sakini Dəmir Yolu Vağzalında narkotiklə saxlanıldı

KepezTV Player

Polis əməkdaşları Gəncədə bir nəfəri narkotiklə saxlayıblar.Keçmiş məhkumdan xeyli miqdarda narkotik vasitə götürülüb. 

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Gəncə Xətt Polis Şöbəsinin əməliyyatçılarına bir nəfər şəxsin Dəmir Yolu Vağzalı ərazisində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olub.Dərhal əməliyyata başlayan polis əməkdaşları həmin şəxsin Gəncə şəhər sakini 55 yaşlı Elşən Məmmədov olmasını müəyən ediblər. O, saxlanılaraq şöbəyə gətirilib.

Ucal Abbasov müstəntiq: Onun üzərinə dəvət olunmuş müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman üzərindən şəxsi istehlak miqdarından artıq- 2 kiloqram 430 qram çəkidə marixuana aşkar edilərək götürülüb. Faktla bağlı tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 ci maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.

Saxlanılan Elşən Məmmədov narkotik vasitəni bir müddət əvvəl Şəmkir rayonu ərazisindən topladığını və şəxsi istifadəsi üçün saxladığını deyib.  O illərdir narkotik vasitə aludəçisi olmasını da gizlətməyib.

Elşən Məmmədov saxlanılan şəxs Şəmkirin Əliyaqublu kəndində işləyirdim. Qayıdanda gördüm narkotik var. Yığdım özüm üçün xəstəyəm. Oda gəldim vağzalda polislər məni tutdu.

Bu, Elşən Məmmədovun ilk cinayət əməli deyil. O, narkotik vasitələrin saxlanılması və istifadəsi, oğurluq, eləcə də qəsdən sağlamlığa xəsarət yetirmə maddələri ilə məhkumluq həyatı yaşayıb.

Natiq Hüseyn