Azərbaycanda mövcud olan 7 inzibati-iqtisadi məhkəmənin hamısı inzibati məhkəmə adlandırılacaq. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir. Adı dəyişdirilən məhkəmələr 1 və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələri, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidir. Dəyişiklik kommersiya məhkəmələrinin yaradılması ilə əlaqədardır. Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxacaq. Məhkəmə statistikasını təhlil edəcək, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənəcək və ümumiləşdirəcək, Azərbaycan qanunları ilə ona aid edilən digər səlahiyyətləri həyata keçirəcək.
- Baxış: 863