• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 07.06.2019 17:29

Fobiyalar nədən yaranır?

KepezTV Player

Bəzi adamlar hətta işıqdan belə qorxurlar. Düzdür, bu da psixoloji problemlərlə bağlıdır, amma demək olar ki əksər insanlarda müəyyən fobiyalar mövcuddur. Bu fobiyalar nədən yaranır? Onlardan qurtulmaq olarmı? Bəs görəsən sakinlər nədən qorxur?

Fobiya şəxsiyyət xüsusiyyəti olaraq qiymətləndirilir və müalicə edilə bilən bir problemdir. Ancaq insana bu hal çox narahatlıq verməyə başlasa mütəxəssislərə müraciət olunmalıdır. İnsan daim nədənsə qorxub. Lap qədimdə hətta küləkdən, şumşəkdən də... Amma inkişaf elədikcə, elmi, savadı artdıqca bu qorxular azalıb. Əvvəllər insanlar bu qorxulardan qurtulmaq üçün qurban kəsər və yaxud dua yazdırardılar – qorxu duası... İndi isə 21-ci əsrdir və hər bir işin peşəkarına, mütəxəssisə etibar etmək kifayətdir. Təbii ki, əgər mütəxəssisdən qorxmursunuzsa...