• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4938
— 07.06.2019 12:28

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib

KepezTV Player

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Əliabad-Mosul avtomobil yolunda Zaqatala rayon sakini 20 yaşlı Ümid Əliyevin idarə etdiyi “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin, Zaqatala rayon sakini,21 yaşlı Bəxtiyar Hüseyn oğlu Abbasov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. Şah İsmayıl Xətai prospektində Hikmət Abbaslının idarə etdiyi "Mercedes" markalı avtomobillə Vüsal Mamedovun sükanı arxasında olduğu "Zaporojets" markalı maşın toqquşub. Nəticədə 7 yaşlı Hüseyn Həsənov və 9 aylıq Şahnaz Mamedova xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Goranboyda da xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Goran qəsəbəsi yaxınlığında “QAZEI” markalı avtomobil yolu keçmək istəyən piyadanı vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İsmayıllı rayon sakini 40 yaşlı Fariz Mirzəyev ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Faktlarla bağlı araşdırma aparılır.