• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 06.06.2019 18:23

Gəncədə liftlər yenilənir

KepezTV Player

Hazirda şəhərdə 201 lift istismar olunur ki, bunlardan 75-nin dəyişdirilməsinə ehtiyac var. Sovet dönəmində quraşdırılan liftlərin 2005-ci ildən mərhələli şəkildə 126-sı yenilənib. Digərləri isə bu il dəyişdiriləcək. Artıq  quraşdırma işlərini həyata keçirəcək podratçı şirkətin nümayəndələri şaxtalara yerində baxış keçiriblər

Bəybala Şamilov Gəncə Şəhər MKTİB-nin Lift Şöbəsinin müdiri: Dəyişdirilməsi nəzərdə tutulan liftlərin şaxtalarına Belarusiyanın Moqilyov Lift MAŞ zavodunun mütəxəssisləri tərəfindən baxış keçirilib. Lazımı parametrlər yazılaraq götürülüb. Hazırda isə lifti quraşdıran 2 böyük ixtisaslaşmış şirkətin nümayəndələri Gəncədədir. Onlar tərəfindən də son olaraq şaxtalara baxış keçiriləcək və ən qısa müddətdə quraşdırma işlərinə başlanılacaq.

Belarusiya istehsalı olan liftlər müasir texnologiyalar əsasında hazırlanıb. Yüksək keyfiyyətli qurğuların istismar müddəti  25 ildir.

Bəybala Şamilov Gəncə Şəhər MKTİB-nin Lift Şöbəsinin müdiri: Belarusiyanın Moqilyov Lift MAŞ zavodu bu sahədə ixtisaslaşmış zavoddu. Zavod çox böyük təcrübəyə malikdi. Gəncəyə də zavodun ən son modernləşdirilmiş liftləri gətiriləcək. Hansı ki, bu liftlərdə xüsusi tənzimləyicilər var ki, liftin hərəkət etməsini və dayanmasını o qədər dəqiq tənzimləyir ki, sərnişin belə hiss etmir liftin hərəkətini və yaxud dayanmasını.

Liftlərin təhlükəsizliyinə nəzarət olunacaq və 24 saat kameralarla müşahidə ediləcək.