Gəncədə 35 ildir istifadədə olan 34 nömrəli məktəbin əsasl təmrinə başlanılıb. 800 şagird yerlik olan təhsil müəssisəsinin 4 mərtəbəli əsas binası və 2 mərtəbəli yardımcı korpusundakı bütün sinif otaqları müasir standartlar səviyyəsində yenidən qurulur. Təmir bərpa işləri çərçivəsində məktəbin idman və akt zalları, yeməkxanası, labaratoriya otaqları, qazanxanası, ehtiyat su hovuzu yeniləncəcək, həyəti abadlaşdırılacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan işlərin gələn tədris ilinə qədər yekunlaşdırılması nəzərdə tutulur. Hazırda Gəncədə 34 nömrəli məktəblə yanaşı, 19, 28 və 46 nömrəli orta təhsil müəssilərinin binalarında da əsaslı təmir işləri aparılır. Şəhərdə ümumlikdə 49 məktəb fəaliyyət göstərir ki, bu günə qədər onların 41-i yenidən qurulub, 4-də isə bu istiqamətdə işlər gedir. Gəncə şəhər Təhsil idarəsindən verilən məlumata görə, şəhərin orta ümumtəhsil müəssilərində 47 minə yaxın şagird kontingenti var və onların təlim tərbiyəsi ilə 3 min 876 müəllim məşğul olur.
- Baxış: 1007