• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 06.06.2019 16:43

Şəhidin anım mərasimi keçirilib

KepezTV Player

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Şahin Süleymanovun xatirəsi anılıb. Şəhidin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb, Kəlbəcərdə doğulan igid vətən övladının Qarabağ uğruinda gedən döyüşlərə ali təhsilini yarımçıq qoyaraq yollandığı vurğulanıb. Şahin Süleymanov  Ağdərə, Laçın, Kəlbəcər ətrafında gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 1994-cü ilin ikinci Kəlbəcər əməliyyatında hərbçi yoldaşları ilə mühasirəyə düşərək qeyri bərabər döyüşdə son gülləsinədək mübarizə aparıb və mərdliklə həlak olub. Ümumilikdə isə Qarabağ döyüşlərində Kəlbəcər rayonu 260-ı hərbiçi olmaqla 500 nəfər şəhid verib. Rayondan döyüşlərə qatılanlardan 72-si əlil olub, 2 nəfər Milli qəhrəman, 2 nəfər Azərbaycan bayrağı ordeninə layiq görülüb. Şəhid Şahin Süleymanovun xatirəsinə həsr olunan tədbirə görə ailə üzvləri təşkilatçılara, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Rövşən Abuzərli şəhidin qardaşı: Hər adam şəhidlik zirvəsinə yüksələ bilmir. Şəhidlik o deməkdir ki, vətənə sevgini, xalqına sevgini ürəyində tutur qanı ilə şəhidlik sözünü yazırlar. On görədə mən çox qürur hissi keçirirəm. Nəinki qardaşımla nə qədər Respublikada şəhidlərimiz var mən onlarla qürur hissi keçirirəm. Dövlətimizə minnətdarıq ki, həmişə şəhidlərin adını yüksəkdə tuturlar.