• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 05.06.2019 19:21

Mikayıl Müşfiqin doğum günüdür

KepezTV Player

Azərbaycan poeziyasının parlaq səhifələrini yazan Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olub. Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz bir xəzinədir.

Şair 1908-ci il iyunun 5də Bakı şəhərində ziyalı ailəsində anadan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Mikayıl Müşfiq poetik yaradıcılığa 1926-cı ildə gənc işçi qəzetində çap etdirdiyi “bir gün” adlı şeiri ilə başlayır.

O həbs edilməmişdən əvvəl çağlayan adlı şeirlər toplusunu tərtib edib, nəşriyyata verib. Sənətkar buraya son illərdəki şeirləri ilə yanaşı, əvvəllər yazdığı ən yaxşı poetik əsərlərini də daxil edib.