• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1595
— 05.06.2019 11:05

Qəzada 3 nəfər yaralandı

KepezTV Player

Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 29 km-də - rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb. Rayon sakini 22 yaşlı Oktay Qaybalıyev "Hundai" markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Avtomobil yoldan çıxıb kənardakı beton lövhəyə çırpılaraq aşıb. Nəticədə sürücü və sərnişinləri, Kürdəmir sakinləri - 20 yaşlı Qeyrət Ağayev, 22 yaşlı Əli Dünyamalıyev müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir RMX-nin Travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.