• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 05.06.2019 12:07

Beynəlxalq əməkdaşlıq yeni imkanlar açır

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin Bolqarıstanın Plovdiv Aqrar universiteti ilə əməkdaşlıq əlaqələri genişlənir. Universitetin rektoru Kristina Yançeva 2014-cü ildə imzalanan müqavilənin yenilənməsi məqsədilə Gəncədədir. Hər 2 ali təhsil müəssisəsi arasında mövcud olan əməkdaşlığı genişləndirmək, müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqat işləri, ikili diplom proaramlarının həyata keçirilməsi, beynəlxalq təhsil proqramlarının tətbiqi kimi məsələlər imzalanan müqavilənin yeni şərtləri kimi ehtiva olunub. Rektor İbrahim Cəfərov dünyanın 20-ə yaxın ali təhsil ocağı ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Aqrar Universitetində 5200 tələbənin 30 ixtisas üzrə təhsil aldığına, onlardan 14-nün dövlət sifarişli olduğuna diqqət çəkib. Qonaqlar ölkəmizdə kənd təsərrüftı mütəxəssisləri hazırlayan yeganə universitetdə elm və təcrübə üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Kristina Yançeva - Bolqarıstanın Plovdiv Aqrar Universitetinin rektoru: Biz ADAU ilə əməkdaşlıqda maraqlıyıq. Çünki buranın çox güclü maddi-texniki bazası, təcrübəli müəllimləri, müasir laboratoriyaları, təcrübə sahələri var. Bütün bunlar bizi çox heyrətləndirdi. Azərbaycan gələcəkdə başqa ölkələrə aqrar kadrlar sata bilər. Bizim universitetin 3 min tələbəsi var. Ümidvaram ki, bizim əməkdaşlıqdan həm universitetlərimiz, həm tələbələrimiz, həm də dövlətlərimiz qazanacaq.

Dimitar Grekov - Bolqarıstanın Davamlı Təhsil Mərkəzinin direktoru: Mən Azərbaycanda 5 il əvvəl kənd təsərrüfatı naziri kimi olmuşam. Müqayisə üçün qısa zaman olsa da ölkənizdə kənd təsərrüftının sürətli inkişafına nail olunub. Həm də bu inkişaf son texnologiyalara əsaslanaraq aparılıb. Mən o zaman da Gəncədəki aqrar universitetdə olmuşdum. Aqrar universitet də çox inkişaf edib. Əlbəttə qısa zamanda qazanılan bu uğurlar dövlət qayğısı ilə yanaşı zəngin təcrübəyə də əsaslanır. Ümidvaram ki, bu təcrübədən öyrənməyə, tətbiq etməyə dəyər.