• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2168
— 05.06.2019 11:37

Qazaxda ənənəvi sünnət aksiyası təşkil edilib

KepezTV Player

Qazaxda Ramazan bayramı münasibətilə şəhid ailələri, Qarabağ əlilləri və aztəminatlı ailələrin övladları üçün xeyriyyə aksiyası təşkil olunub. Hər il ənənəvi olaraq keçirilən aksiya zamanı 239 uşaq sünnət edilib. Bu münaisbətilə keçirilən tədbirdə Ramazan bayramı ilə əlaqədər təbriklər çatdırılıb, sülh, əmin-amanlıq və firavanlıq arzulanıb. Rayonda 145 çarpayılıq yeni xəstəxana binasının inşa edildiyi, kəndlərdə yeni həkim və tibb məntəqələrinin tikildiyinə diqqət çəkilib. Bu cür aksiyaların əhəmiyyətinə toxunulub. Rayon rəhbərliyi sünnət olunan uşaqların sağlıq durumu ilə maraqlanıb, ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim edilib.

 

Natiq Hüseyn