• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2025
— 04.06.2019 20:41

17 saat ac qalanlar indi necə qidalanmalıdırlar?

KepezTV Player

Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə dönmək orqanizmdə müəyyən problemlərə yol aça bilər. Xüsusən bayram süfrələri, bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizmə ağır gələ bilər. Dietoloqların fikirincə, orqanizmdə İlk növbədə maddələr mübadiləsini yenidən təşkil etmək və əvvəlki vəziyyətinə qaytarmaq lazımdır.

Leyla Zülfüqarlı dietoloq: Yeməklə çayı bir yerdə içmək düzgün deyil, ara yemək qəbulu zamanı çay içmək olar. Əgər qidalar çox qəbul edildikdə qarışdırılarsa bir çox fəsadlar yarana bilər. Xüsusən də mədə altı vəzinin ifraz etdiyi müxtəlif fermentlər var əgər qarışdırılarsa bu zaman köp yarana bilər...

Mütəxəssislər deyir ki, həzm sistemini yükləməmək üçün mümkün qədər ağır, xüsusilə də yağlı qidalardan uzaq durmaq lazımdır. Düzgün qidalanmaq üçün hər 3 saatdan bir meyvə, qatıq və süd məhsulları  qəbul etmək məsləhətdir. Bu,həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər. Həmçinin, bayram boyunca bəslənmə zəiflədiyi üçün bol mayenin qəbul edilməsi də önəmlidir.

Leyla Zülfüqarlı dietoloq:Ramazan sonrası bəslənmə deyən məqamlar var. Ilk günlərdə yüngül yeməklərə və az porsiyalara üstünlük vermək lazımdır. Tərkibi zəngin olan salatlardan uzaq durmaq lazımdır. Bir və ya iki tərkibdən ibarət qidalara üstünlük verin..

Ramazan ayı yay fəslinə təsadüf etdiyindən mütəxəssislər mümkün qədər isti yeməklərdən kənar durmağı, eyni zamanda həzm sistemini əvvəlki balansa qaytarmaq üçün bir həftə boyunca hər gün eyni saatda qidalanmağı məsləhət görürlər.